EN

Baydenin vida nitqi - VİDEO

ABŞ Prezidenti Co Bayden Oval Kabinetdən vida nitqi ilə çıxış edib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, 82 yaşlı lider prezidentlik müddətinin yekunlarını ümumiləşdirərək, ölkə üçün əldə etdiyi nailiyyətlərdən danışıb və qarşıdan gələn təhdidlərlə bağlı xəbərdarlıqlar edib.

Bayden çıxışına İsrail və HƏMAS arasında 8 aylıq fasiləsiz danışıqlardan sonra əldə edilmiş Qəzza sektorunda atəşkəs sazişindən bəhs etməklə başlayıb. O, komandasının hazırladığı sazişin növbəti administrasiya tərəfindən həyata keçiriləcəyini vurğulayıb.

Ölkədaxili nailiyyətlərə infrastrukturun modernləşdirilməsi, mikroçip istehsalının geri qaytarılması, dərman qiymətlərinin azaldılması, universal internetin təmin edilməsi və cinayətkarlığın azaldılması daxildir.

Xarici siyasətdə Bayden ABŞ-nin NATO-nu gücləndirdiyini, Ukraynanın hələ də azad olduğunu və Çinlə rəqabətdə ABŞ-nin üstün olduğunu qeyd edib. Lakin, o, Rusiyadan heç söz açmayıb.

Bayden həmçinin, ölkə daxilindəki təhdidlərə, o cümlədən oliqarxiyanın inkişafı, iqlim dəyişikliyi ilə mübarizə, süni intellektin riskləri, dezinformasiyanın artması və azad mətbuata təhdidlərə diqqət çəkib. Prezident Konstitusiyaya dəyişiklik edilərək, prezidentlərin vəzifədə olarkən törətdikləri cinayətlərə görə toxunulmazlıqlarının ləğv edilməsi çağırışını edib.

Bayden prezidentlik müddətini uğurla başa vurduğunu və yeni hökumətə uğurlar arzuladığını qeyd edib.

Qeyd edək ki, Trampın andiçmə mərasimi 20 yanvarda olacaq.

Chosen
7
2
day.az

4Sources