EN

Suriyadan Türkiyəyə qarşı gözlənilməz addım

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra hakimiyyətə gələn Əhməd əş-Şəranın (Əl-Culani) başçılıq etdiyi müvəqqəti hökumət Türkiyə sərhədindən gələn idxal məhsullarının gömrük rüsumunu 300-500 faiz artırmağa qərar verib. 

“Cebheinfo.az” xəbər verir ki, məlum qərardan sonra ixracatçılar və suriyalı idxalçılar böyük çətinliklərlə üzləşiblər. Məhz müvəqqəti hökumətin bu addımı Türkiyənin Suriyaya ixracına mənfi təsir edib.

Bununla bağlı Cənub-Şərqi Anadolu Taxıl, Paxlalı, Yağlı Toxum və Məhsullar İxracatçıları Birliyinin sədri Cəlal Kadooğlu Suriyada gedən bütün prosesləri yaxında izlədiklərini deyib:

“Bu problemin həlli üçün üzərimizə düşəni etməyə çalışırıq və böhranın dərinləşməməsi üçün aidiyyəti nazirliklərimizlə daim əlaqə saxlayırıq. Demək olar ki, bu qərardan sonra Suriya vətəndaşları ciddi inflyasiya ilə üzləşəcək və onların alıcılıq qabiliyyəti tamamilə sıfırlanacaq”. 

Kadooğlu bildirib ki, bir çox məhsula tətbiq edilən yüksək vergilər, hətta məhsulların istehsal dəyərinin üç-dörd qatını təşkil edir:

"2024-cü ildə aylıq 30 milyon dollarlıq ixracat həayat keçirdiyimiz Suriyada, hazırda bu yüksək gömrük vergiləri səbəbiylə Suriya sərhədindən ixracımız dayanıb. Hazırda sərhəddə yük avtomobillərinin uzun növbəsi yaranıb.

Məhz bu problemin həlli ilə bağlı Suriyada yaradılmış müvəqqəti hökumətin səlahiyyətliləri ilə, həm Xarici İşlər Nazirliyin, həm də Ticarət Nazirliyin birgə təmaslarının müsbət nəticə verəcəyinə inanırıq”.

Chosen
1
cebheinfo.az

1Sources