EN

Ukraynada müharibə bu şərtlə bitə bilər: Zelenski açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynadakı münaqişənin 2025-ci ildə bitməsi şərtini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Polşa mətbuatına müsahibəsində bildirib.

Zelenski bildirib ki, ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Rusiyaya təzyiq edə bilsə, 2025-ci ildə münaqişəyə son qoymaq şansı var.

Jurnalistlərin Moskva ilə Kiyev arasında münaqişəni dayandırmaq şansının olub-olmaması ilə bağlı sualına Zelenski müsbət cavab verib.

“Tramp həqiqətən müharibəni bitirmək istəyir. O, Rusiyaya təzyiq göstərə bilir. Əminəm ki, Rusiya Amerika və Çindən qorxur. Tramp Rusiyanı dayandıra bilər. Biz Trampla razılaşmalıyıq ki, Ukrayna üçün konkret təhlükəsizlik zəmanətləri var və o, bu müharibəni bitirmək üçün Putini diplomatiyaya məcbur etməlidir”, - deyə Zelenski bildirib.

O, həmçinin Ukraynaya nəinki Avropa üçün faydalı, həm də Rusiya üçün siqnal olacaq ciddi təhlükəsizlik zəmanətlərinin verilməsinin vacibliyini bəyan edib.

Mina Mikayılova

Chosen
2
2
bakivaxti.az

4Sources