Ukraynanın Avropa İttifaqındakı (Aİ) səfiri Vsevolod Çentsov Rusiyaya, xüsusilə metallurgiya sənayesi ilə bağlı iqtisadi sanksiyaların gücləndirilməsinə qarşı çıxan bəzi Aİ ölkələrindən narazılığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “Public” telekanalı məlumat yayıb.
“Aİ-nin bir çox ölkələri bəzi növ metallurgiya məhsullarına görə sanksiyalar rejiminin 28-ci ilə qədər istisna edilməsi üçün lobbiçilik edirlər”, - deyə Çentsov vurğulayıb.
Qeyd edək ki, Ukrayna bu müddəti və Rusiyanın ixrac edə biləcəyi məhsulların həcmini azaltmağa çalışır. Səfir həmçinin bildirib ki, Rusiya şirkətləri Avropa bazarında öz paylarını artırıb və dəyişən şərtlərə uğurla uyğunlaşır, məhsulun keyfiyyətini artırır.