EN

Ötən il əhali ticarətdə nə qədər pul xərcləyib? - RƏQƏMLƏR

2024-cü ildə Azərbaycanda yaşayan əhali pərakəndə ticarət şəbəkəsində 62,2 milyard manat dəyərində müxtəlif mallar alıb.

 

Sfera.az rəsmi dövlət statistikasına istinadən xəbər verir ki, bu qədər vəsaitin 34,1 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına (ərzağa 31,4 milyard manat, içkilər və tütün məmulatlarının alınmasına 2,73 milyard manat), 28,1 milyard manatı qeyri-ərzaq mallarının alınmasına xərclənib.

 

2023-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz artıb.

 

Məlumatlara əsasən, əhalinin xərclərinin yarısı ərzaq mallarının alınmasına ayrılıb. Bundan başqa, xərclənən pulların 9,05 milyard manatı toxuculuq məhsulları və geyimə, 3,41 milyard manatı benzin və dizel yanacağına, 3,02 milyard manatı elektrik malları və mebellərə, 1,35 milyard manatı əczaçılıq məhsulları və tibbi ləvazimatlarına sərf olunub.

 

Ümumilikdə, 2024-cü ildə əhali pərakəndə ticarət şəbəkəsində adambaşına orta hesabla ayda 508 manatlıq, o cümlədən ərzağa, içkilər və tütün məmulatlarına 279 manat, qeyri-ərzaq mallarına 229 manat xərcləyib.

 

Vasif

Sfera.az

Chosen
1
sfera.az

1Sources