Onlayn “Titled Tuesday” şahmat turniri keçirilib.
İdman.biz xəbər verir ki, yarışda azərbaycanlı qrossmeyster Vüqar Rəsulov iştirak edib.
Təmsilçimiz 8,5 xal toplayaraq 10-13-cü yerləri bölüşdürüb.
Rəsulov yarışın qalibi olmuş Hikaru Nakamuradan (ABŞ) cəmi bir xal geri qalıb.
Qeyd edək ki, “Titled Tuesday” turnirinə 900 iştirakçı qatılıb.
İdman.biz