EN

Siyasi məhbuslar azadlığa buraxılır

Siyasi

ABŞ prezidenti postunu tərk etməyə hazırlaşan Co Bayden Kubanı “terrorçuluğu dəstəkləyən ölkələr” siyahısından çıxardıqdan sonra həbsxanalardakı məhbuslar azad edilir.

Reyting.az
xatırladır ki, ABŞ 2021-ci ildə siyasi məhbusları azad etməsi müqabilində Kubanı “terrorçuluğu dəstəkləyən ölkələr” siyahısından çıxaracağını açıqlayıb.

Ağ evin bu qərarından sonra Havana da hərəkətə keçib. Müxtəlif cinayətlərə görə məhkum olunmuş şəxsləri tədricən azadlığa buraxmağa başlayıblar. Vətəndaş cəmiyyəti təşkilatları 18 nəfərin azad edildiyini təsdiqləyib.

İctimai asayişi pozduğu üçün 4 il azadlıqdan məhrum edilən və bir gecədə sərbəst buraxılan Reyna Yacnara Barreto Batista yaşadığı şoku belə izah edib: “Gecə saat 3-də qapını döydülər. Mən kamerada yatırdım və mənə dedilər ki, bütün əşyalarını yığ, azad edilirsən. İndi bütün ailə bayram edir”.

“Ədalət 11J” vətəndaş cəmiyyəti təşkilatı 2021-ci ildə keçirilən etirazlarda 550-dən çox adamın həbs edildiyini açıqlayıb. Kubada daha 553 məhbusun azad ediləcəyi bildirilib.

V. QULİYEV
Chosen
2
reyting.az

1Sources