EN

Paşinyan Davos forumunda iştirak edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan 20-24 yanvar tarixlərində keçiriləcək Davos Dünya İqtisadi Forumunda iştirak edəcək.

Korrespondent.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

Forumda Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Çinin baş nazirinin müavini Din Syuesyan, Almaniya kansleri Olaf Şolts, Serbiya Prezidenti Aleksandr Vuçiç, Ukrayna Prezidenti Volodimir Zelenski, İsrail Prezidenti İsxak Hersoq və başqaları iştirak edəcəklər.

Chosen
1
7
korrespondent.az

9Sources