Vinisius Juniorun aqibəti müəyyənləşib.
“Real” rəhbərliyinin onunla bağlı apellyasiya şikayəti rədd edilib. Braziliyalı futbolçunun 2 oyunluq diskvalifikasiyası qüvvədə qalıb. Xatırladaq ki, Vinisius “Valensiya” ilə çempionat oyununda rəqib qapıçısına etdiyi hərəkətinə görə qırmızı vərəqə ilə cəzalanmışdı. Madrid klubu bu qərara etiraz etsə də, şikayət qəbul olunmayıb. “Real”ın bundan sonra 15 gün ərzində İdman Adminstrasiya Məhkəməsinə müraciət etmək hüququ var.
Beləliklə, 25 yaşlı Vinisius La Liqanın “Las Palmas” və “Valyadolid”lə oyunlarında meydana çıxa bilməyəcək.