Son zamanlar türkiyəli müğənni Yusuf Güney astral səyahət və gələcək proqnozları ilə diqqət çəkir. O, 2025-ci il üçün də bir sıra proqnozlar səsləndirib.
Sfera.az bu dəfə həmin məlumatı təqdim edir.
Yusuf Güney 2025-ci ildə dünyada yadplanetlilərlə əlaqənin artacağını proqnozlaşdırır. O, insanların bu varlıqlar haqqında daha çox məlumat əldə edəcəyini və onların mövcudluğu barədə cəmiyyətin daha çox məlumatlanacağını bildirir. Güney özünün də yadplanetlilərlə tanış olduğunu iddia edib və bu təcrübələrinin insanlara çatdırılmasının çətin olduğunu bildirib.
2025-ci ildə təbii fəlakətlərin artacağına dair də Yusuf Güneyin proqnozları var. Onun sözlərinə görə, dünya təbiətində baş verəcək ciddi dəyişikliklər, insanları təbii fəlakətlərlə üz-üzə qoyacaq və bu məsələlər daha çox diqqət tələb edəcək. O, bu hadisələrin insanların həyatında əsas gündəm mövzusuna çevriləcəyini vurğulayıb.
Güney bəzi bölgələrdə istilaların və çətinliklərin artacağını da deyib. O, “İstila başladı” ifadəsini istifadə edərək, bəzi yerlərdə xaos və böhranların baş qaldıracağını və insanların bu mövzuda narahat olacağını söyləyib. Ümumiyyətlə, onun 2025-ci il üçün proqnozları əsasən mistik, metafizik və dünya xarici hadisələrə yönəlib.
Türkan