EN

Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ailəsinə TƏHVİL VERİLİB- YENİLƏNİB

"Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu deyib.

O bildirilib ki, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi, Goranboy Rayon İcra Hakimiyyəti, Goranboy Rayon Polis Şöbəsinin nümayəndələri hər iki ailənin yaşadığı ünvana yollanıblar:

"Oğlan və qız polis şöbəsinə aparılıb, izahatları alınıb. Hər iki ailəyə qanunvericiliklə bağlı məlumat verilib. İstintaq bölməsindən qızın nikah yaşına çatmadığı üçün ailəsinə verildiyi bildirilib. Hazırda istintaq bölməsində araşdırma aparılır".

***

Goranboyda şagirdin qaçırılması ilə bağlı araşdırma başlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru  Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

***

Goranboyda 10-cu sinif şagirid olan qız evlənmək məqsədi ilə qaçılıb.

Avtosfer.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Goranboy şəhərində baş verib. Belə ki, 10-cu sinif şagirdi olan qız 21 yaşlı sevdiyi oğlan tərəfindən qaçırılıb. Dərhal hadisə ilə bağlı Goranboy rayon icra hakimiyyəti yanında  Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya və rayon  polis şöbəsi araşdırmaya başlayıb.

Qeyd edək ki, qaçırılan məktəbli Goranboy şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdidir.

(oxu.az)

Chosen
2
6
avtosfer.az

10Sources