EN

Ramiz Mehdiyevin qızı ilə bağlı QƏRAR VERİLDİ

Ajans.az“Qafqazinfo”ya istinadən xəbər verir ki, artıq məhkəmə onların ərizəsi ilə tanış olub, yekun qərarını açıqlayıb.

Hətta Mehriban Məmmədova ilə birgə onun bacıları da işə qoşulub. Onlar isə müsadirə edilmiş başqa əmlaklarla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdikləri ərizələrində hökmün maraqlarına toxunduğunu iddia ediblər. Şəxslər hər biri apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş ediblər.

Hakim Leyla Əsgərova-Məmmədova təqdim edilmiş əsaslarla tanış olduqdan sonra maraqlı şəxslərin hamısının müraciətini məqbul hesab edib. Qərar belə olub ki, Kamilə Əliyeva, Mehriban Məmmədova və digərlərinin apellyasiya şikayəti vermələrinə icazə verilsin.

Bundan sonrakı mərhələdə maraqlı şəxslər şikayətlərini apellyasiya baxışında mübahisələndirəcəklər.

Xatırladaq ki, “Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədovun məhkəməsində məlum olub ki, həyat yoldaşı Mehriban Məmmədovanın rəhbərlik etdiyi sözügedən məktəb “Baku Steel Company”dən mənimsənilən pullar hesabına tikilib. R.Məmmədov özü isə xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 13 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. “Baku Oksford Məktəbi” də daxil olmaqla, Məmmədovun milyonlarla dəyəri olan bir çox əmlakı müsadirə edilib.

Chosen
2
24
Ajans.az

10Sources