“İŞİD – Xorasan” (İŞİD-in Əfqanıstan qolu) terror qruplaşması öz təbliğat platformasında bu il potensial hücum hədəflərini açıqlayıb.
“Cebheinfo.az” Musavat.com-a istinadən xəbər verir ki, siyahıya Oktoberfest (Münhen, Almaniya), Venesiya Karnavalı (İtaliya), Kann Film Festivalı (Fransa) və Vyanada Opera Balı (Avstriya) daxildir.
Bu terror təhdidi bir neçə gün əvvəl “İŞİD – Xorasan”ın “Əl-Əzayim Media” adlı yayım platformasında dərc edilib.
Əvvəlki dövrlərdə "Vilayət Xorasan" qruplaşması Moskvada "Crocus City Hall"da baş vermiş terror hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.
“Cebheinfo.az”