Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tədris prosesində rəqəmsal alətlərin istifadə səmərəliliyinin artırılması və akademik heyətin peşəkar bacarıqlarının təkmilləşdirilməsi istiqamətində yeni təşəbbüsə start verilib.
AzMİU-dan AzEdu.az-a bildirilib ki, İKT Mərkəzinin Treyninq və Sertifikatlaşdırma şöbəsi ilə “Autodesk” şirkətinin birgə əməkdaşlığı çərçivəsində “AutoCAD” layihələndirmə proqramı üzrə daxili sertifikasiya prosesi təşkil edilib. Sertifikasiya prosesinə mütəxəssis hazırlığı prosesində “AutoCAD” proqram təminatından istifadə edən bütün akademik heyət cəlb olunub.
Prosesin əsas məqsədi akademik heyətin “AutoCAD” proqramı üzrə peşəkar vərdişlərini artırmaq və “Autodesk” şirkətinin beynəlxalq dərəcəli sertifikatını əldə etmək üçün hazırlıq işlərini həyata keçirməkdir.