Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsin Culfa rayonu ərazisində yerləşən Yaycı-2 nasos stansiyasından Dizə kəndinə çəkilmiş təzyiqli boru xəttinin əsaslı təmiri ilə əlaqədar tender ləğv edilib.
Mia.az-ın xəbərinə görə, bu barədə qərarı nəzarət orqanı - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.