Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycana səfər edib.
XALQ.AZ xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.
Xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarını qarşılayıb.
Daha sonra tərəflər arasında təkbətək görüş keçirilib.
Qeyd edək ki, M.Boçorişvili 2024-cü ilin noyabrından Gürcüstanın XİN rəhbəridir.

