EN

Şərab zavodundan külli miqdarda OĞURLUQ

Krımskda bir adam böyük bir şərab şirkətinin əmlakının oğurlanmasına görə polis tərəfindən yaxalanıb. 

News24.az xəbər verir ki, bu barədə regional Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqın məlumatına görə, 35 yaşlı ziyarətçi şərab zavodunun ərazisində olarkən bir yük maşını və iki kompressor görüb. Cinayətkar tanışları vasitəsilə həmin texnikaya alıcı tapıb və zavoddan çıxararaq yeni sahibinə təhvil verib.

Zərərin ümumi məbləği təxminən bir milyon rubl(təxminən 16 min azn) təşkil edib. Oğurluqda şübhəli bilinən şəxs saxlanılıb, həmin şəxs barəsində cinayət işi açılıb, istintaq materialları baxılması üçün məhkəməyə təqdim edilib. 

Təqsirləndirilən şəxsi 6 ilə qədər həbs cəzası gözləyə bilər.


Məryəm İlhamqızı

Chosen
3
news24.az

1Sources