EN

Vahe Ovannisyan: Ermənistanın əlində qeyri-müəyyənlik və yeksək risk faizi daşıyan strateji sənəd var

ABŞ və Ermənistan arasında strateji əməkdaşlığa dair sənəd həmin ölkədə administrasiyanın dəyişməsindən 6 gün əvvəl imzalanıb.

ABŞ və Gürcüstan arasında strateji tərəfdaşlıq haqqında sənəd də 2009-cu il yanvarın 9-da imzalanmışdı və yanvarın 20-də Barak Obama rəsmən prezident olmuşdu. Yəni hər iki sənəd administrasiya dəyişikliyinə 11 gün qalmış imzalanıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər erməni politoloq Vahe Ovannisyanın statusunda əks olunub.

“Deyəsən Birləşmiş Ştatlarda bizim kimi ölkələrlə münasibətlərdə ənənə var və orada gedən administrasiyalar artıq görülən birgə işin əlaməti olaraq bu cür sənəd imzalayırlar.
Sənədi imzalayan administrasiyaları kimin əvəz edəcəyi də az əhəmiyyət kəsb etmir. Demokrat Obama bir şeydir, Respublikaçı Tramp isə inqilabi baxışları ilə tamam başqa şeydir.

Ola bilər ki, Tramp bu sənədi heç xatırlamasın və regionumuzda sırf praqmatik münasibətlər qursun, ya da ümumiyyətlə, Cənubi Qafqaza əhəmiyyət verməsin. Belə olan halda bizə ancaq Rusiya və region ölkələri ilə korlanmış münasibətlər qalacaq.

Əslində Ermənistan mənasız xarici siyasət yürüdür. Ermənistanın xarici siyasətinin məqsədi Ermənistanın maraqları deyil”, - deyə Ovannisyan qeyd edib.

Musavat.com

Chosen
2
3
musavat.com

4Sources