Türkiyə kinosunun əfsanəvi aktrisası Filiz Akın səhhətində yaranan problemlə əlaqədar İstanbula gətirilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sentyabrın 1-dən sətəlcəm və infeksiyalarla bağlı müalicə alan 82 yaşlı Filiz Akın sosial media hesabında paylaşdığı postlarla onun üçün narahat olan yaxınlarını məlumatlandırıb.
Müalicəsini Bodrumda davam etdirən Filiz Akın təcili ehtiyac səbəbilə 13 yanvar bazar ertəsi gecə saatlarında Cumhurbaşkanlığının göstərişi ilə Səhiyyə Nazirliyinə məxsus təcili tibbi yardım təyyarəsi ilə İstanbula gətirilib.
Filiz Akının müalicəsi İstanbulda daha yaxşı şəraitdə davam edir.
Aktrisa həyat yoldaşı ilə çəkdirdiyi videonu sosial mediada paylaşaraq "Hər zaman belə sağlam olaq" qeydini yazıb.