![Sumqayıtda](https://1news.az/images/2025/01/16/20250116045337470/thumb.jpg?2025-01-16+16%3A55%3A12)
Sumqayıt şəhərində yanğın olub.
1news.az FHN-ə istinadən xəbər verir ki, bir dam altında tikilən ümumi sahəsi 300 m² olan birmərtəbəli kommunal tipli yaşayış binasında sahəsi 40 m² olan 2 otaqlı mənzilin bir otağının tavanı, ev əşyaları və dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib. Mənzilin qalan hissəsi və bitişik olan mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.