Nərimanov rayon İcra Hakimiyyəti daha bir şirkət tərəfindən məhkəməyə verilib.
XALQ.AZ xəbər verir ki, icra hakimiyyəti ilə bağlı iddianı “Ultel” MMC qaldırıb. Prosesdə maraqlı şəxs kimi Qəribov Zöhrab Fərhad oğlu da iştirak edir. Prosesdə maraqlı tərəf olan Qəribov Zöhrab Fərhad oğlu sabiq deputat və biznesmen Fərhad Qəribovun oğludur.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir.
Nərimanov İH-lə bağlı işə Bakı İnzibati Məhkəməsində baxılır. Növbəti proses 24 yanvar tarixinə təyin edilib. İş hakim Orxan Həsənovun icraatındadır.
Qeyd edək ki, məhkəməyə verilən Nərimanov rayon icra hakimiyyətinin başçısı Həbibullayev Elgin Şirin oğludur. İcra hakimiyyətinə qarşı iddia qaldıran “Ultel” şirkətinin baş direktoru isə İlqar Nəhmədovdur.
Yeri gəlmişkən bildirək ki, prosesdə maraqlı tərəf kimi iştirak edən Qəribov Zöhrab Fərhad oğlunu da bir neçə il öncə “Ultel” məhkəməyə vermişdi.Tribunainfo.az
Tərəfləri dinləməyə hazırıq.