EN

Zaxarova vurulan Azərbaycan təyyarəsindən danışdı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova kənar müdaxilə nəticəsində Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan təyyarəsi barədə danışıb.   Manset.az xəbər verir ki, o bildirib ki, təyyarə qəzasında vətəndaşları həlak olan və xəsarət alan bütün ölkələr hadisənin səbəbləri barədə həqiqəti bilmək istəyir. "Mən bilirəm ki, təkcə yaxınlarını itirməklə faciənin bir hissəsinə çevrilənlər deyil, həm də hər bir Azərbaycan vətəndaşı həqiqəti bilmək istəyir. Deyə bilərəm ki, bu həqiqət Rusiya üçün də çox vacibdir. Düşünürəm ki, indi həqiqəti tapmaq üçün səyləri birləşdirmək məqsədilə hər şey edilməlidir", - o qeyd edib. M.Zaxarova vurğulayıb ki, bu gün mətbuat, sosial şəbəkələr vasitəsilə "destruktiv məqsədlərlə" çoxsaylı təsir cəhdləri müşahidə edilir. "Bu, bəlkə də istintaqı başqa istiqamətə yönəltmək, insanlar arasında nifaq salmaq, onları qarşı-qarşıya gətirmək üçün edilir. Bunun növbəti nümunələrindən biri Rusiya XİN başçısı Sergey Lavrovun guya Azərbaycan diplomatlarına ünvanladığı məktubdur", - XİN nümayəndəsi bildirib. Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.

Chosen
1
3
manset.az

4Sources