Yaxın aylarda Ermənistan Hindistandan 155 mm çaplı “Trayan” özüyeriyən artilleriya sistemlərinin yeni partiyasını alacaq.
“AzPolitika” xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti yazıb.
Qeyd olunur ki, bu silah Fransanın lisenziyası əsasında Hindistanın “Larsen & Toubro” konserni tərəfindən istehsal olunur. Sözügedən artilleriya sisteminin maksimal atış məsafəsi 39 km-dir.
Rəsmi İrəvan və Dehli belə bir sövdələşməni rəsmən açıqlamayıblar.
“AzPolitika.info”