Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynada ruslaşmadan danışıb və bəyan edib ki, Kiyevdə Minsk və Moskva şəhərlərinin adlarının ləğvi xalqın şücaətini silməyəcək.
Oxu24.com xəbər verir ki, onun sözlərini BELTA yayıb.
“Onlar xalqımızın şücaətini silə bilməzlər”, - deyə Lukaşenko Kiyevdəki Qəhrəman Şəhərlər Xiyabanında “Vətən” abidəsinin yanında “Minsk” və “Moskva” yazılarının sökülməsi ilə bağlı sualı cavablandırıb.
Lukaşenko bir qədər əvvəl Ukrayna lideri Vladimir Zelenskini Minski müharibəyə sürükləməkdə ittiham edib. O qeyd edib ki, Belarus hazırda üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün bütün səylərini göstərməlidir.
Nigar