EN

“Yox” cavabı almaq istəmirsinizsə BUNLARI EDİN

Müasir dövrün ən nəzərəçarpan problemlərindən biri də insanların özgüvəni ilə bağlıdır. Bu daha çox özünü ikili münasibətlərin qurulmasında və özünü düzgün ifadə etmək zərurəti yarandıqda göstərir. Özgüvənli danışıq və düzgün danışıq üslubu istənilən münasibət təklifində uğurlu nəticə verdiyi halda, utancaqlıq və qorxu kimi amillər arzuları gözdə qoya bilər.

Ölkə.az Yenisabah.az-a istinadən ilk tanışlıqda “hə” cavabı almaq üçün edilməsi vacib olan əsas nüansları təqdim edir:

Gecikdirməyin!

Əgər sizin hansısa xanımdan (yaxud bəydən) xoşunuz gəlirsə, bunu hansısa psixoloji illuziyalarla aradan qaldırmağa çalışmayın. İlkin araşdırma və həmin şəxslə bağlı əsas məlumatları əldə etdikdən sonra, gecikmədən hisslərinizi ona etiraf edin. Nəzərə alın ki, sizi qabaqlayacaq biri hər zaman ola bilər.

Qısa və konkret ifadələr

Hər bir halda ilkin görüş zamanı qısa və dəqiq cümlələr, mövzu ilə əlaqədar ifadələr sizin şansını xeyli artırır. Özünüzü qarşınızdakı şəxsin yerinə qoysanız, bunun nə dərəcədə önəmli olduğunu görə bilərsiniz. Heç kim hisslərində və düşüncələrində əmin olmayan biri ilə yaxınlıq etmək istəməz.

“O”nu gözünüzdə böyütməyin

İstənilən halda alacağınız cavab sizin üçün “dünyanın sonu” deyil. Sizi həyəcanlandıran əsas şey danışmaq istədiyiniz şəxsin gözünüzdə pik yerdə olmasıdır. Dərin hisslər bəslədiyiniz insanın başqaları üçün sadəcə bir şəxs olduğunu əsla yadınızdan çıxarmayın.

Yüngülvari alkoqol qəbulu

İlk görüşdə az miqdarda alkoqol istifadə etmək sizin həyəcanınızı bir qədər azalda bilər. Lakin qəbul etdiyiniz içkinin miqdarına diqqət edin. Əks halda ayıq halda müsbət cavab alacağınız şəxs tərəfindən sərxoş halda rədd edilə bilərsiniz.

Chosen
1
1
olke.az

2Sources