EN

Tramp Danimarkanı ticarət müharibəsi ilə hədələdi


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı iddialarını davam etdirir və Danimarkanı ticarət müharibəsi ilə hədələyir.

Bakupost.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Danimarka Baş Naziri Mette Frederiksen amerikalı liderlə yanvarın 15-də baş tutan telefon danışığından sonra bildirib.

"Çərşənbə günü keçirdiyimiz söhbət zamanı Tramp Qrenlandiyaya nəzarət etmək üçün iqtisadi təzyiqdən istifadə etmək təhdidindən əl çəkmədi. Biz Tramp ilə ticarət müharibəsi aparmaq istəmirik, lakin Danimarka iş dünyası ilə birlikdə buna hazırlaşırıq", - deyə Frederiksen bildirib.

Lalə, BakuPost

Chosen
4
bakupost.az

1Sources