EN

Ermənistan azərbaycanlıların öz yurdlarına qayıtma hüquqlarını danarsa, özünü təqdim etməyə çalışdığı "Avropa demokratiyası" anlayışını zədələyə bilər

Bakı. Trend:

Ermənistanın indiki ərazisi tarix boyu azərbaycanlılarınyaşadıqları dədə-baba torpaqları olub. Bu fakt təkcə çoxsaylıtarixi sənədlərlə deyil, həm də Rusiya imperiyasının XIX və XXəsrlərə aid olan coğrafi xəritələri ilə də sübut edilir. Həminxəritələrdə bu torpaqların təbii və coğrafi adları tamamiləAzərbaycan kökənlidir.

Qərbi Azərbaycanın tarixə dair danılmaz sübutları XIX əsrinrəsmiləşdirilmiş xəritələrindən irəli gəlir. Bu xəritələrdə coğrafiərazilərə aid toponimlərə nəzər saldıqda, orada çoxlu saydaazərbaycan kökənli adlarla rastlaşılır. Məsələn, indiki ErmənistanRespublikası ərazisində vaxtilə çoxlu Azərbaycan kəndləri olub. Bukəndlərin adları sistemli surətdə dəyişdirilib, ermənilərtərəfindən öz mənəvi izlərini yaratmaq cəhdləri edilməyəbaşlanıb.

Bu haqda Prezident İlham Əliyev də yerli televiziya kanallarınamüsahibəsi zamanı da danışdı. Dövlətimizin başçısı vurğuladı ki,300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır:

"Amma bütövlükdə o bölgədən çıxmış və bu gün Azərbaycanınmüxtəlif bölgələrində yaşayanların və onların nəvələrinin,nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur. Hələ XIX əsrrus imperiyasının xəritələrinə baxın. Orada bütün toponimlərinAzərbaycan mənşəli olması göz önündədir, ya da rus imperiyasının XXəsrin əvvəllərində tərtib edilmiş xəritələri. Orada da bütünşəhərlərin adları Azərbaycan mənşəlidir. Orada siz “Sevan gölü”adlı bir göl görməzsiniz. Orada Göyçə gölü yazılıb. Biz deyəndə ki,bu, bizim tarixi torpağımızdır, biz həqiqəti deyirik. Bunu hətta buyaxınlarda mətbuata çıxmış Ermənistanın birinci faşistprezidentinin çıxışında da özü deyir ki, üç rayonda azərbaycanlılarəksəriyyət təşkil edirdi. Zəngəzurda azərbaycanlılar əksəriyyəttəşkil edirdi. Bəli. Əksəriyyət yox, tam azərbaycanlılardan ibarətolan kəndlər idi. Biz XX əsrdə üç dəfə deportasiyaya məruz qaldıqvə hər dəfə bu deportasiya böyük fəsadlara gətirib çıxarırdı".

Azərbaycanlıların bu ərazilərin bir neçə mərhələdə deportasiyasıhəyata keçirilib. İlk belə hadisə 1918-1920-ci illərdə baş verib.Erməni tarixçisi A.Lalayanın sözlərinə istinad etsək, "daşnaklar 30aylıq hakimiyyətləri dövründə (1918-ci ilin may – 1920-ci ilinnoyabrı) Ermənistanda yaşayan azərbaycanlıların 60 faizini qətləyetirdilər". Digər, o cümlədən erməni mənbəsinə görə, 1918-1920-ciillərdə Ermənistanda yaşayan 575 min azərbaycanlıdan 565 min nəfərivəhşicəsinə qətlə yetirilib və ya silah gücü ilə öz doğmayurdlarından qovulub.

İkinci belə bir deportasiya dalğası 1948-1953-cü illərdə baştutub. SSRİ Nazirlər Şurasının 23 dekabr 1947-ci il tarixliqərarında 1948-1950-ci illərdə "könüllü əsaslarda" 100 minErmənistan SSR-də yaşayan azərbaycanlı əhalinin köçürülməsi nəzərdətutulmuşdu. Fərmanda “könüllülük əsasında” ifadəsi konkret məqsədləişlədilib. Əslində bu, əsl repressiya olub. Fərmana əsasən, 1948-ciildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfərinköçürülməsi nəzərdə tutulmuşdu. Azərbaycanlıların deportasiyasınınbu mərhələsinin yekununda 1948-ci ildən 1953-cü ilədək ErmənistanSSR-i 150 minə yaxın azərbaycanlı tərk etmişdi.

Ən son 1988-ci ildə azərbaycanlıların kütləvi deportasiyasıolmuşdu. 1988-ci il noyabrın 22-24-də indiki ErmənistanRespublikasında etnik təmizləmənin yeni mərhələsi başladı. Rəsmiməlumata görə, 200 min, əslində isə 250 min azərbaycanlı özata-baba yurdlarından zorla deportasiya edildi. Deportasiya zamanırəsmi məlumatlara görə, 216, faktiki olaraq isə 460 azərbaycanlıhəlak oldu. Yəni, bütün bunlar tarixi faktlara və hətta ermənimənbələri ilə də təsdiqlənir.

Deportasiya edilən azərbaycanlıların öz dədə-baba torpaqlarınaqayıtmasına gəlincə isə beynəlxalq hüququn tanıdığı haqlardandır.Mülki və siyasi hüquqları qoruyan mütərəqqi konvensiyalar buprosesə əsas yarada bilər.

Prezident İlham Əliyevin də müsahibəsində bildirdiyi kimi,azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyəti inditamamilə boş qalıb, orada heç kim yaşamır, ora qayıtmaq o qədər dəböyük problem olmaz, yəni ki, kimisə oradan köçürtmək lazımolmayacaq:

"Sadəcə olaraq, təhlükəsizlik zəmanəti verilməlidir. Onlarınorada yaşama hüququ tanınmalıdır və əlbəttə ki, onların fəaliyyətiüçün şərait yaradılmalıdır. Yəni, bizim tələbimiz bundan ibarətdirvə mən ümid edirəm, gün gələcək ki, Qərbi azərbaycanlılar öz doğmatorpaqlarına qayıdacaqlar".

Dövlətimizin başçısı həmçinin təklif etdi ki, Ermənistanın başnaziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin:"Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar. Qəbul etsin,onların dilindən onların problemlərini eşitsin, dinləsin onları.Yəni, onlar oradan əsassız qovulmuşlar. Onların tam hüququ var ki,oraya qayıtsınlar. Əgər bunu etməsə, onda hansı Avropademokratiyasından söhbət gedir? Axı, Ermənistan özünü bu gün Avropademokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy, onu əyanişəkildə göstərsin".

Bu bəyanat, Ermənistanın baş naziri ilə Qərbi Azərbaycanİcmasının nümayəndələri arasında dialoqun vacibliyini vurğulayanbir çağırışdır. Burada əsas məsələ, Ermənistanda yaşayan və doğmayurdlarını tərk edən azərbaycanlıların hüquqları və bu məsələninhumanitar aspektləri üzərində dayanır.

Qərbi Azərbaycan İcmasının nümayəndələri uzun illərdir ki, özyurdlarından əsassız olaraq qovulublar və onların vətənlərinəqayıtma hüquqları beynəlxalq hüquq çərçivəsində tanınır. Bununəzərə alaraq, baş nazirin icma nümayəndələrini qəbul etməsi,məsələnin həlli istiqamətində atılacaq müsbət bir addım olardı. Buhəm də ermənilərin qonşu ölkə ilə tarixi və humanitar əlaqələrindaha sağlam bir şəkildə əlaqələr qurulmasına səbəb ola bilərdi.

Eyni zamanda, Ermənistanın Avropa demokratiyası yolunuizlədiyini bəyan etməsi, onun həm öz daxili siyasətində, həm dəxarici əlaqələrində daha açıq, demokratik və insan haqlarınahörmətlə yanaşan bir yol tutmasını şərtləndirir. Əgər Ermənistanazərbaycanlıların öz yurdlarına qayıtma hüquqlarını danarsa və buməsələdə açıq bir dialoq aparmağa yanaşmazsa, bu, onun özünü təqdimetməyə çalışdığı "Avropa demokratiyası" anlayışını ciddi şəkildəzədələyə bilər.

Avropa dövlətləri, insan hüquqları və münaqişələrin həlliməsələlərində adətən dialoq və uzlaşmanı təşviq edirlər. Buna görədə, Ermənistanın bu məsələdə konkret addımlar atması, yalnızAzərbaycanla münasibətlərin yaxşılaşdırılmasına deyil, həm dəregionda sülhün möhkəmlənməsinə xidmət edə bilər. Qərbi Azərbaycanİcmasının nümayəndələrinin İrəvana getməyə hazır olmaları, müsbətbir başlanğıc ola bilər və Ermənistanın bu addımı atması, yalnızdaxili inkişafına deyil, həm də beynəlxalq arenada daha etibarlıbir tərəfdaş kimi tanınmasına səbəb ola bilər.

Azər Qarayev,
Politoloq

Chosen
5
2
az.trend.az

3Sources