EN

Cənubi Koreya və ABŞ arasında birgə təlim keçirilib

Cənubi Koreya və ABŞ Şimali Koreyanın bölgədəki "eskalasiya" fəaliyyətlərinin qarşısını almaq məqsədi ilə birgə əks atəş təlimi keçirib.

Yonhap xəbər verir ki, Quru Əməliyyat Komandanlığından verilən açıqlamaya əsasən, Cənubi Koreya ilə ABŞ arasında yanvarın 14-də başlayan və üç gün davam etməsi planlaşdırılan hərbi təlimlər paytaxt Seul yaxınlığında davam edir.

Şimali Koreyanın Seul ərazisini hədəf alan "artilleriya təhlükəsinin" qarşısını almaq məqsədi daşıyan təlimdə təxminən 250 Cənubi Koreya və ABŞ əsgəri iştirak edib.

Təlim zamanı əsgərlər müşahidə və ağır silahların kompleks istifadəsi üzrə təlim keçib, “Şimali Koreyanın müharibəyə səbəb ola biləcək raket təhdidləri” ilə bağlı simulyasiyalar üzərində birgə iş aparılıb.

Chosen
1
1
aznews.az

2Sources