EN

Peskov: Rusiya qaz məsələsində Dnestryanıya yardım göstərməyə hazırdır

Rusiya Dnestryanıya qaz böhranı ilə mübarizədə yardım göstərməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bəli, Moskva Dnestryanıya kömək etməyə hazır və istəkli olacaq. Eyni zamanda, təbii ki, sırf maddi-texniki baxımdan burada qaz tədarükünü təmin etmək üçün tədbirlər görülməli və Moldova tərəfindən müqavilələr bağlanmalıdır”, – Kremlin rəsmi nümayəndəsi əlavə edib.

Yanvarın 15-də məlum olub ki, Rusiya humanitar yardım çərçivəsində Dnestryanıya qaz tədarük etməyi vəd edib. Bu barədə məlumatı regionun rəhbəri Vadim Krasnoselski də təsdiqləyib.

Chosen
18
nocomment.az

1Sources