EN

Azərbaycan müstəqil siyasət həyata keçirir, heç bir ölkədən asılacağı deyilik…..

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri əsassız olaraq ölkəmizin daxili işlərinə qarışmağa cəhd edir”.  

Bunu  Milli Məclisin deputatı  Vüqar İskəndərov bildirib.

O bildirib ki, ABŞ səfirinin bu hərəkəti etikadan kənardır: “Hər hansı bir səfir başqa dövlətə öz ölkəsinin maraqlarını, mənafeyini müdafiə etmək üçün göndərilir. Azərbaycanın daxili işinə qarışmaq, məhkəmə qərarları və digər qanunverici aktlara müdaxiləyə cəhd etik deyil. ABŞ bu mənada həmişə özünü təftişçi rolunda görməyə çalışır, cəhdlər edir, hər hansı bir şəxsi siyahıya salır, siyahıdan çıxarır, demokratiya adı ilə istədiyi formada cərəyanları ixrac edir. Onların Bəxtiyar Hacıyevi müdafiə etməsi növbəti dəfə məhkəmə qərarına müdaxilədir. Bu, yolverilməzdir. Artıq Azərbaycanın Xarici İşlər Nazirliyi də bu iddialara cavab verib.

Burada müstəqil məhkəmənin qərarlarına müdaxilə etməyə çalışan ABŞ səfirliyi niyə öz ölkəsindəki böyük problemləri qabartmır? Məktəblərdə silahlı hücumlar, qətliamlar, polislərin dinc sakinləri qətlə yetirməsi ABŞ-də adi hal alıb. ABŞ-də Bəxtiyar Hacıyevin təqsirləndirildiyi maddələr üzrə cinayət törədən şəxsi 30 ilədək həbs cəzası gözləyir. Niyə görə ABŞ özündə bunu görmür və digər ölkələrin məhkəmə qərarına müdaxilə etmək istəyir? Bəxtiyar Hacıyevlə bağlı konkret məhkəmə hökmü var, həmin hökm də icra olunub”.

Chosen
8
xalq.az

1Sources