Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 16.01.2025-ci il tarixində saat 20:40 radələrində 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Bu barədə "Far.Az"un yerli bürosuna Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Onlardan 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Digər 2 nəfərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir, vəziyyətləri orta ağırdır.
Hadisə zamanı ölənlərin birinin şəxsiyyəti də məlum olub. Belə ki, onun 1960-cı il təvəllüdlü Mehtiyev Yavər Əjdər oğlu olduğu bildirilir. Qəza nəticəsində ölən piyada isə Ceyranbatan qəsəbə sakini, 2003-cü il təvəllüdlü Paşayev İntiqam Qalib oğludur.
Sumqayıtda minik avtomobilləri toqquşub, ölənlər var.
"Far.Az"un yerli bürosu xəbər verir ki, hadisə Sülh küçəsində qeydə alınıb.
"Hyundai" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, üç nəfər xəsarət alıb.
Ölənlərin və xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.