ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident Co Baydenin seçkidə Donald Trampı yarışda qalsaydı, onu məğlub edə biləcəyi ilə bağlı son açıqlamalarından əsəbiləşib.
Bu barədə “The Wall Street Journal” xanım Harrisə yaxın mənbələrə istinadən xəbər verir. Xanım Harrisin yaxınları WSJ-yə bildiriblər ki, Co Baydenin şərhləri onların münasibətlərində “birtərəfli sədaqət” nümayiş etdirir. Qəzet qeyd edir ki, Kamala Harris bütün prezidentlik dövründə Co Baydeni heç vaxt tənqid etməyib, həmçinin debatlarda qeyri-müəyyən çıxışından sonra onu açıq şəkildə dəstəkləyib.
//Samir Qurbanov, Editor.az