EN

Putin və Tunberq, Kim Çen In və Svift: süni intellekt "ən pis məşhur cütlüklər" yaradıb

"Növbəti 20 ildə insanlardan daha ağıllı bir süni intellekt yarada bilərik, bu, çox qorxulu fikirdir..."
 
Sosial şəbəkələrdə istifadəçilərdə dəhşət yaradan bir video yayımlanıb. Süni intellekt ulduzlar və siyasətçilərin ən qəribə cütlüklərini yaradıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "ukr.net" nəşri yazıb.
 
"X" platformasında yayımlanan video ən qəribə məşhur cütlükləri nümayiş etdirir. Onların arasında Şimali Koreya lideri Kim Çen In və müğənni Teylor Svift, aktivist Qreta Tunberq və Rusiya prezidenti Vladimir Putin var.
 
Digər tərəfdən, daha az qorxulu, amma yenə də inanılmaz olan cütlüklər Rihanna və Co Bayden, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson və reper Kardi Bi, həmçinin Papa Fransisk və Kim Kardaşyanın birləşməsi olub.
 
Bundan əlavə, süni intellekt hesab edir ki, müğənni Harri Staylz üçün ideal cütlük keçmiş Almaniya kansleri Angela Merkel ola bilər.
 
Şərhlərdə istifadəçilər gördüklərindən qorxduqlarını etiraf edib: "Bu həm gülməli, həm də dəhşətlidir"; "Putin və Qreta – bu, son vaxtlar gördüyüm ən pis şeydir"; "Bu, lənətdir"; "Beləcə, bu gün üçün "iyrənc" səviyyəmi tapdım"; "Niyə bunu etdin? Bütün interneti iyrəndirməyi bacardın. Təbrik edirəm!"
 
Hal-hazırda bütün bunlar oyun kimi görünsə də, bəzi mütəxəssislər süni intellektin bəşəriyyət üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edir. Bir çoxları yayımlanan videonun nə qədər real göründüyünə diqqət çəkib.
 
"Google"-da işləmiş kognitiv psixoloq və kompüter elmləri üzrə alim Ceffri Hinton süni intellektin təhlükələri haqqında düşüncələrini bölüşüb. "BBC Radio 4"-də çıxışında o, deyib:
 
"Başa düşürsünüz, biz əvvəllər heç vaxt özümüzdən daha ağıllı bir şeylə qarşılaşmamışıq. Daha ağıllı bir varlıq tərəfindən idarə olunan daha az ağıllı bir şeyin nümunələrini neçə dəfə görnüsünüz? Belə nümunələr çox azdır. Mən işlərin indiki kimi olacağını düşünmürdüm", - o, qeyd edib.
 
"Gələcəkdə, bəlkə də uzaq bir zamanda belə bir vəziyyətlə üzləşəcəyimizi düşünürdüm. Hal-hazırkı vəziyyət budur ki, bu sahədəki mütəxəssislərin əksəriyyəti düşünür ki, növbəti 20 il ərzində insanlardan daha ağıllı bir süni intellekt yarada bilərik. Bu isə çox qorxulu bir fikirdir", - o, vurğulayıb.
 
Qeyd edək ki, 2030-cu ilə qədər süni intellekt böyük şirkətlərdə işçilərin yarısını əvəz edə bilər. Süni intellektin əsas təsiri, çox güman ki, insanın bacarıqlarını əvəz etməkdə deyil, onları gücləndirməkdə olacaq.
Chosen
5
moderator.az

1Sources