EN

İstanbulda zəhərlənməyə səbəb olan spirtli içki müsadirə edildi

İstanbul polisi insanların zəhərlənməsinə səbəb olan 32,9 min litr metil və etil spirti müsadirə edib.

Publika.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Nəşr qeyd edibki, on nəfər saxta spirtli içki istehsal edib satmaqda şübhəli bilinərək saxlanılıb.

İstanbul valiliyinin mətbuat xidmətinin rəisi saxlanılan 15 şübhəli haqqında danışıb. Onlardan dördü məhkəmə qərarı ilə həbs edilib və onlar yerli Cinayət Məcəlləsinin müvafiqmaddəsi ilə ittiham oluna bilərlər.

Agentlik həmçinin İstanbulda ilin əvvəlindən 64 müəssisənin saxta spirtli içki satışı ilə bağlı lisenziyasından məhrum edildiyini vurğulayır.

Chosen
3
50
publika.az

10Sources