EN

Avropanın ən təhlükəsiz avtomobilləri açıqlandı

"EuroNCAP" 2024-cü il üçün avtomobillərin müxtəlif siniflər üzrə ən təhlükəsiz modellərini açıqlayıb.

hakimiyyet.az auto.ru-ya istinadən xəbər verir ki, reytinqdəki əksər avtomobillər Avropa modelləri olsa da, Yapon və Çin istehsalı olan krossoverlər də daxil edilib. Bunlardan "Mazda CX-80" və "Zeekr X" xüsusilə diqqət çəkib. "Zeekr X" eyni anda iki kateqoriyada - ən təhlükəsiz kompakt krossover və elektromobil olaraq qiymətləndirilib. Göstəricilərinə görə, o elektrikli "Porsche Macan", "Volvo EX30" və "Toyota C-HR"i geridə qoyub.

Çinin beşqapılı krossoveri olan "Zeekr X" böyüklər və azyaşlı sərnişinləri 91% və 90% qoruyur. Elektron sistemlərinin işi 83%, piyadalara qayğı isə 84% səviyyəsində qiymətləndirilib.

Avropa bazarı üçün xüsusi olaraq hazırlanmış "Mazda CX-80" isə ən təhlükəsiz iri yolsuzluq avtomobili seçilib. Böyük ailə avtomobilləri arasında isə "Mercedes-Benz E-Class" lider olub.

Chosen
5
2
hakimiyyet.az

10Sources