EN

Sorğu: Amerikalıların əksəriyyəti Baydenin fəaliyyətindən narazıdır

Amerika vətəndaşlarının əksəriyyəti yanvarın 20-də prezident postunu Respublikaçı Donald Trampa təhvil verəcək ABŞ prezidenti Co Baydenin fəaliyyətindən narazıdır.

“Report” xəbər verir ki, bu barədə “Fox News” kanalının keçirdiyi sorğunun nəticələri göstərib.

Belə ki, respondentlərin 57%-i Baydenin prezident kimi fəaliyyətini bəyənməsə də, 42%-i ondan razıdır. Sorğu iştirakçılarının 1%-i bu suala cavab verə bilməyib.

Baydenin amerikalılar arasında bəyənmə reytinqi ABŞ-ın 44-cü prezidenti Barak Obamanın (57%) və ABŞ-nin 42-ci lideri Bill Klintonun (62%) reytinqindən aşağı olub.

Yanvarın 20-də Ağ Evə qayıdacaq Donald Tramp da birinci müddətinin sonunda Baydeni geridə qoyub və amerikalıların 47%-i onun performansına müsbət qiymət verib.

Yanvarın 10-dan 13-dək aparılan sorğuya ölkə üzrə 900-dən çox amerikalının cavabları daxil edilib.

Chosen
2
3
far.az

10Sources