Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kazaxıstanın Kunayev Universiteti ilə əməkdaşlıq istiqamətində mühüm addım atıb. UNEC rektoru Ədalət Muradovun rəhbərliyi ilə keçirilən görüşdə Kunayev Universitetinin nümayəndə heyəti, xanım Omirali Zhazira Omiralikyzy-nin başçılığı ilə iştirak edib.
QHT.az xəbər verir ki, görüş zamanı iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanlarını artırmaq məqsədilə memorandum imzalanıb. UNEC-in ali təhsil xidmətlərinin ixracı istiqamətində Kazaxıstan önəmli hədəflərdən biri olaraq vurğulanıb. Bu mühüm addımın iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı gücləndirəcəyinə inanılır.
Ədalət Muradov paylaşımında bu hadisəni "növbəti uğurlu addım" olaraq xarakterizə edib və bu əməkdaşlığın UNEC-in inkişaf strategiyasına mühüm töhfə verəcəyini qeyd edib.
Pərvanə Fərhadqızı