EN

ABŞ-da işsizliklə bağlı müraciətlər proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı yanvarın 11-də başa çatan həftədə 217 minə yüksəlib.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyinin açıqladığı işsizlik müavinəti müraciətlərinə dair həftəlik məlumatlara əsasən, ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 11 yanvarla yekunlaşan həftədə əvvəlki həftə ilə müqayisədə 14 min nəfər artaraq 217 minə çatıb.

Bazar proqnozlarına görə, bu dövrdə işsizlik müavinəti müraciətlərinin sayı 210 min olmalı idi. İşsizlik müavinəti müraciətləri ilə bağlı əvvəlki həftənin göstəricisi isə 201 mindən 203 minə yenidən baxılıb.

Ötən həftə etibarilə 4 həftəlik orta işsizlik müavinəti müraciətləri sayı da 750 nəfər azalaraq 212 min 750-yə enib.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
7
banco.az

1Sources