EN

Ay yox olmaq təhlükəsi olan obyektlər siyahısına daxil edildi

Ay ilk dəfə olaraq yox olmaq təhlükəsi olan irs obyektləri siyahısına daxil edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

 

Ümumdünya Abidələr Fondunun (WMF) prezidenti və baş icraçı direktoru Benedikt de Montlorun sözlərinə görə, Ay bu siyahıya adekvat qorunma protokolları olmadan həyata keçirilən fəaliyyət sürətlənməsi fonunda artan risklər səbəbindən daxil edilib.

 

Bildirilib ki, NASA-nın 2027-ci ilin ortalarına planlaşdırdığı Artemis III missiyasının ilk enişindən sonra Ay səthinə şəxsi səfərlər gözlənilir. Bu səfərlər və hökumət tərəfindən maliyyələşdirilən digər missiyalar WMF üçün narahatlıq yaradıb.

 

Təşkilat turistlərin Neil Armstrong və Buzz Aldrin tərəfindən qoyulmuş ayaq izləri kimi tarixi yerləri məhv edə biləcəyindən narahatdır.

Chosen
4
11
modern.az

10Sources