EN

Qəzaya uğrayan təyyarənin mühərriklərində GÖRÜN NƏ TAPILDI

Cənubi Koreyada qəzaya uğrayan "Jeju Air" təyyarəsinin mühərriklərində quş tükləri tapılıb.

Publika.az xəbər verir ki, bu barədə MBN telekanalı məlumat yayıb.

Sərnişin təyyarəsinin hər iki qanadaltı mühərrikində qırıntılar və bütöv quş tüklərinin tapılıb. Buna əsaslanaraq telekanal belə qənaətə gəlib ki, quşların təyyarəyə çırpılması ilə bağlı versiya maksimum təsdiqlənib.

Fəlakətin səbəbini araşdıran komitə, həmçinin lələk və qan ləkələri də daxil olmaqla 17 nümunəni araşdıran bioloji institutdan analiz istəyib.

Chosen
7
4
publika.az

5Sources