EN

Türkiyədə Anarın yeni kitabı çap olundu

Bu gün əfsanəvi boksçu Məhəmməd Əlinin doğum günüdür. Kulis.az onun həyatı və idman fəaliyyəti haqqında maraqlı faktlarıtəqdim edir.

Əsl adı Kassius Marselius Kley olan boksçu 17 yanvar 1942-ci ildə ABŞ-ın Kentukki əyalətində anadan olub. Afro-Amerikan əsilli olan boksçunun bu idman növü ilə tanışlığı 12 yaşına təsadüf edir. O, qısa müddətdə “National AAU” və “Qızıl əlcək” çempionatına həvəskar kimi qatılır. 1960-cı ildə Romada keçirilən Olimpiada dünyaya unudulmaz, əfsanəvi boksçu qazandırır. 18 yaşlı Məhəmməd Əli bu Olimpiadada qızıl medal qazanaraq daha da məşhurlaşır.

1964-cü ildə 22 yaşında olan gənc idmançı S.Listona qalib gələrək Dünya Çempionu olur. Bu qələbədən sonra isə dinini dəyişdirərək İslamı qəbul etdiyini bütün dünyaya bəyan edir.

1967-ci ildən 1970-ci ilə qədər çox sevdiyi boksa fasilə verməli olur. Onun adları alınır və boksdan uzaqlaşdırılır. Bu zamanlarda o, universitetləri gəzərək İslamdan danışır. “Vyetnamlılar mənə heç bir pislik etmədikləri üçün onlarla müharibəyə getmirəm” deyərək Vyetnam müharibəsində iştirak etməkdən imtina edir. Buna görə, isə o, 5 il həbs cəzası və 10 min ABŞ dolları miqdarında cərimə olunur. Lisenziyası və pasportu əlindən alındığı üçün müharibə vaxtı maddi sıxıntılarla qarşılaşır və müflis olduğunu bəyan edir.

1970-ci ildə məhkəməyə etdiyi şikayət təmin edilərək yenidən boksa qayıdır. Bir il sonra Coy Frayzerlə əsrin oyununa çıxır və professional boks karyerasında ilk dəfə məğlub olur. Mütəxəssislər 3 ildən sonra, sadəcə, 2 dəfə oyuna girən Məhəmməd Əlinin bu qədər çətin oyuna hazır olmadığını bildirirlər. Amma o, tez bir zamanda çempion olmaq istəyirdi.

Muhammed

Daha sonra Ken Nortona uduzduğu, çənəsinin sınması ilə nəticələnən oyunda özü və yaxınlarından başqa çoxları onun karyerasının bitdiyini sanırdı. Amma o, rəqib boksçuları bir-bir məğlub edir, Ken Nortona qalib gəlir və yenidən məşhurluq nərdivanını qalxmağa başlayır.

1973-cü ildə Məhəmməd Əli Coy Frazer və Corc Foremanı nokautla məğlub edir. O, 1978-ci ildə Dünya Çempionu adını 3 dəfə əldə edən ilk boksçu olur.

1978-ci ildə boksu çempion olaraq tərk edir.
1984-cü ildə Parkinson xəstəliyinə tutulsa da, bunu hamıdan gizlədir və böyük pul müqabilində iki oyuna çıxır. Ancaq hər iki oyunda uduzur. Məğlub olduğu boksçuların ikisi də o vaxtın dünya çempionları idi. Professional boksla məşğul olduğu dövrdə, sadəcə, 5 dəfə uduzan, Olimpiada və dünya Çempionu olan Məhəmməd Əli, 36-sı nokaut olmaqla 56 oyun qazanır.

Trump:

O, gücü ilə nə edibsə, insanlığı ilə də bir o qədər gözəl işlər görüb. 1960-cı ildə Roma Olimpiadasından qayıtdıqdan iki gün sonra restoranda ancaq ağ dərili insanlara servis edildiyini gördükdə medalını Luisvill şəhərində Ohio çayına atıb. Hər il milyonlarla turist əfsanəvi boksçunun olimpiya medalının üzdüyü Ohio çayını görmək üçün Luisvill şəhərinə səfər edir. 1996-cı ildə Atlanta Olimpiadasında bu medalın yerinə ona başqa qızıl medal verilir.

Məhəmməd Əli dörd dəfə ailə həyatı qurub. Onun uğursuz evliliklərinin səbəbi bütün dünyaya məlumdur. Hərçənd ki, o, çox sevimli və yaxşı ata olub, bunu onun övladları da hər zaman deyir. Həyat yoldaşlarına qarşı da hər zaman qayğı və sevgi ilə yanaşıb. Məhz qadınlara olan düşkünlüyü səbəbindən onun evlilikləri hər dəfə uğursuzluqla nəticələnirdi. Boksçunun üçüncü xanımı Amerika gözəli olan Veronika Porşe də 4 il davam edən evlilikləri haqda bu sözləri demişdi: “Məhəmməd Əli ilə olan hər bir gün sehrli nağıla bənzəyirdi, onunla həyat, həqiqətən, çox gözəldir. Lakin vaxt keçdikcə Əli ilə yaşamaq çətinləşirdi, bunu, əslində, hər kəs bilir ki, Əli nə qədər möhtəşəm və əsrarəngiz insan olsa da, həyat yoldaşı olaraq sadiq deyildi. Bu səbəbdən də biz ayrılmalı olduq, lakin mən hər zaman onu sevmişəm. Məhəmməd Əli mənimçün sevgi deməkdir...”

Efsane

Boksdan sonrakı həyatı

1984-cü ildə Məhəmməd Əli Amerika Birləşmiş Ştatlarının prezidenti Ronald Reyqanın yenidən seçilməsi üçün ona dəstək verdiyini açıqlayır. 1991-ci ildə boksçu Körfəz müharibəsində İraqa gedir və amerikalı girovların sərbəst buraxılması üçün Səddam Hüseynlə görüşür.

1996-cı ildə Atlantada Yaz Olimpiadasının məşəlini yandırır. 17 noyabr 2002-ci ildə Məhəmməd Əli sülh elçisi olaraq Əfqanıstana gedir və üç gün Kabil şəhərində olur. 27 iyul 2012-ci ildə London Yay Olimpiadasının açılış mərasimində bayrağını gətirir. O, xəstəliyi səbəbindən stadionda bayrağı gəzdirə bilməyəcək hala gəldikdə həyat yoldaşı Lonniye ona kömək edir. 20 dekabr 2014-cü ildə Əli sətəlcəm olur və xəstəxanaya yerləşdirilir. Daha sonra o, Arizonada qonaq getdiyi evdən sidik yolunda infeksiya diaqnozu ilə xəstəxanaya aparılır və səhəri gün xəstəxanadan çıxır.

2001-ci il 11 sentyabr hadisələri zamanı o, başına Nyu-Yorkun Yanğınsöndürmə Mərkəzinin papağını qoyub hadisənin yerinə getmiş,İslamı gözdən salmamağı, İslamın qatil din yox, sülh dini olduğunu qeyd etmişdi.

Muhammed

Parkinson xəstəliyindən əziyyət çəkən Məhəmməd Əli 3 iyun 2016-cı ildə tənəffüs yolundakı narahatlıq səbəbindən müalicə aldığı xəstəxanada vəfat edib.

Muhammed

O, dünya vətəndaşı idi.

ABŞ prezidenti Barak Obama Əlinin öldüyü gün onun 1965-ci ildə Sony Listona qalib gəldiyi oyunun videosunu paylaşaraq yazmışdı: “Dünyanı sarsıtdı və daha yaxşı bir yerə çevirdi. Rahat yat, çempion!”

Eks ABŞ prezidenti Bill Klinton da “Sağ ol, dostum, çox mükəmməl biri idin” statusunu yazıb.

Chosen
34
24
kulis.az

10Sources