EN

Premyer Liqa klubu “kəfəni yırtdı”, güclü sponsor tapdı - GİZLİ ANLAŞMA!

«Kəpəz»in illərdən bəri davam edən sponsor problemi arxada qalıb.

Bununla bağlı redaksiyamıza son dərəcə maraqlı məlumat daxil olub.

Bildirilib ki, uzun müddətdir maliyyə çətinliyi yaşayan Gəncə təmsilçisi AFFA rəhbərliyinin vasitəçiliyi ilə yeni himayədarına qovuşub.

«Sarı-göylər»in tərəfdaşı SOCAR-a bağlı şirkətdir. Ölkə daxilində və Türkiyədə fəaliyyət göstərən törəmə müəssisə tərəfindən artıq kluba ilk maliyyə tranşı həyata keçirilib.

«Kəpəz»ə ayrılan 6 aylıq məbləğ 500 min manatdır. İşin başında dayanan isə Adil bəy adlı şəxsdir. Onun SOCAR-ın vitse-prezidentləri ilə sıx bağlantısının olduğu bildirilir.

Bəs «Kəpəz» son xəbəri niyə gizlədir? Səbəbini də qoy deyək.

Deməli, sponsor yayı gözləyir. Daha dəqiq söyləsək,

mövsümün başa çatmasını. Komanda Premyer Liqada yerini qoruyarsa, tərəflər ictimaiyyət önünə çıxacaq və uzunmüddətli əməkdaşlıq müqaviləsini rəsmən ictimaiyyətə açıqlayacaqlar.

SPORTİNFO.AZ

Chosen
4
sportinfo.az

1Sources