Gələn həftəsonu Dubayda keçiriləcək PFL turnirində yüngül çəkidə Bellator titulunu qoruyacaq Usman Nurməhəmmədov tezliklə özünü dünyanın ən güclü liqasının siyahısında tapa bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə UFC-nin hazırkı yüngül çəki çempionu İslam Maxaçev Həbib Nurməhəmmədovun məşqçi postundan istefa vermək istəməsi ilə bağlı açıqlamasını şərh edərkən bildirib. Los-Ancelesdə jurnalistlərin suallarını cavablandıran rusiyalı döyüşçü “Xəbib üçün təqaüdə çıxmaq haqqında düşünmək hələ tezdir. Ömər kəmər uğrunda mübarizə aparır. Usman yenicə gedir, düşünürəm ki, tezliklə UFC ilə müqavilə imzalayacaq. Həbibi hələ çox əsəbi və çətin illər gözləyir”.