İmmunitet sistemi qış aylarında xəstəliklərə qarşı ən böyük qoruyucumuzdur.
Medicina.az xəbər verir ki, qışda düzgün qidalanma sağlamlığımızı qorumağın əsas yollarından biridir.
Türkiyəli qidalanma və pəhriz mütəxəssisi Gizem Akgül immuniteti dəstəkləyən və süfrələrimizdən əskik qalmaması lazım olan 5 qidanı bölüşüb.
1. Balqabaq toxumu
Balqabaq toxumları bağırsaq sağlamlığını dəstəkləyən zəngin lif tərkibinə malikdir. Həmçinin beta karoten, tokoferol, fosfor, maqnezium, dəmir və sink kimi vacib minerallarla doludur. Antioksidant xüsusiyyətləri sayəsində iltihabı azaldır, prostat sağlamlığına töhfə verir və xərçəngə qarşı qoruma təmin edir.
2. Bal
Bal qədim zamanlardan şəfa mənbəyi kimi tanınır. Antimikrobiyal və antioksidan xüsusiyyətlərə malik olan bal, boğaz ağrısı simptomlarında öskürək yatırıcı və sakitləşdirici təsir göstərir. Həzmi asanlaşdıran və yaraların sağalmasını sürətləndirən bal, tərkibindəki B və C vitamini ilə də immunitetinizi dəstəkləyir.
3. Brokoli
Brokoli fitokimyəvi və antioksidantlarda yüksək olan tərəvəzdir. Tərkibində xərçəngə qarşı qoruyucu təsiri olduğu bilinən qlükozinolatlar var. O, həmçinin A, C, K vitaminləri və kalium, folat və dəmir kimi minerallarla zəngindir. Brokoli yeyərkən aşağı temperaturda bişirmək tövsiyə olunur.
4. Çuğundur
Təbii antioksidant mənbəyi olan qırmızı çuğundur, betalain piqmentləri ilə sağlamlığı dəstəkləyir. Depressiya, bakteriya, virus və mikroblara qarşı qoruyucu təsir göstərir. Tərkibindəki yüksək lif həzm müddətini qısaldaraq həzmi asanlaşdırır. Bundan əlavə, hipertoniya, diabet və ürək-damar xəstəliklərinə qarşı qoruyucu təsiri sübut edilib.
5. Turp
Turp xərçəngdən qoruyur. Tərkibindəki C vitamini ilə immuniteti dəstəkləyir. Qrip infeksiyalarına qarşı qoruyur.
Aygün Nəbiyeva
Medicina.az