EN

Beşiktaşın bələdiyyə sədri həbs edildi

İstanbulun Beşiktaş bələdiyyəsinin bir neçə gün əvvəl saxlanılan sədri Rıza Akpolat həbs edilib. 

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbulda cinayətkar təşkilatla bağlı aparılan araşdırma zamanı ümumilikdə 23 nəfər həbs edilib. 

Onlar arasında sözügedən təşkilata sədrlik etdiyi iddia edilən Aziz İhsan Aktaş da var. 

Xatırladaq ki, R.Akpolat İstanbulda bəzi bələdiyyələrdə sədrlərə və bələdiyyələrin rəhbər şəxslərinə rüşvət verərək tenderlər təşkil edən və bu tenderləri öz şirkətlərinin qazanmasını təmin edən dəstə ilə bağlı aparılan araşdırma çərçivəsində saxlanılmışdı.

O, “cinayətkar təşkilata üzv olmaq”, “saxtalaşdırma” və “qeyri-qanuni yolla əmlak əldə etmək”də ittiham edilir.

Onu da bildirək ki, məsələ ilə bağlı ümumilikdə 47 nəfər barəsində saxlanılma qərarı verilmişdi.

Chosen
3
5
qafqazinfo.az

6Sources