EN

Cənubi Koreyada qəzaya uğrayan təyyarənin mühərrikindən quş tükləri tapılıb

Dekabrın 29-da Cənubi Koreyanın Muan şəhərinin hava limanında qəzaya uğrayan təyyarənin mühərriklərində quş tükləri tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın MBN telekanalı məlumat yayıb.Təyyarənin hər iki mühərrikində tüklərin tapıldığı dəqiqləşdirilir. Xatırladaq ki, Muandan Bankoka  uçan “Jeju Air Boeing 737-800” təyyarəsi quş sürüsü ilə qottuşaraq uçuş-enmə zolağından çıxıb. Təyyarədə 175 sərnişin və 6 ekipaj üzvü olub. Son məlumatlara görə onlardan yalnız ikisi sağ qalıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
8
konkret.az

1Sources