63 yaşlı şərurlu xalq pəhləvanı Əliyar Musayevin bir çox güc nömrələri, idman hoqqaları, xüsusən də ağır çəkiləri çeçələ barmağı ilə qaldırması ölkəmizdə və xaricdə böyük maraqla qarşılanıb.
Qeyri-qdi güc sahibinin nail olduğu bir göstərici artıq xaricdə rəsmi rekord kimi qeydə alınıb. Soydaşımızın adı bu yaxınlarda Avropanın, MDB-nin və Rusiyanın rekordlar kitabına düşüb. Pəhləvan “Rusiya rekordlar kitabı”nın “Qızıl ulduz” nişanı ilədə təltif olunub.
Əliyar Musayevin bu uğuru 2023-cü ildə Keşlə dəmir yolu stansiyasında 71 tonluq 3 vaqonu dartması ilə qeydə alınıb.
Mükafatları pəhləvana Moskvada hər 3 rekord kitabının baş redaktoru Aleksey Svistunov təqdim edib.
XQ