EN

MDU-da “Açıq qapı” günü: tələbələrin müraciətləri dinlənilib

Bakı, 17 yanvar, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “Açıq qapı” günündə MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, tədris işləri üzrə prorektor Üzeyir Zeynalov imtahanların obyektiv, şəffaf və ədalətli keçirilməsi üçün lazımi tədbirlərin görüldüyünü bildirib, tələbə və magistrantlara uğurlar arzulayıb.

Sonra tələbə və magistrantların müraciətləri dinlənilib. Onlar imtahan sessiyasının təşkilindən razı qaldıqlarını bildiriblər. Tələbələr imtahanlarda obyektivliyə görə universitet rəhbərliyinə, həmçinin professor-müəllim heyətinə minnətdarlıq ediblər.

Qeyd edək ki, MDU-da 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində “Açıq qapı” günləri həftədə bir dəfə keçirilir.

Chosen
2
2
azertag.az

3Sources