Cənubi Koreyada qəzaya uğrayan “Jeju Air” hava yollarına məxsus sərnişin təyyarəsinin mühərriklərində quş tükləri aşkar edilib.
Musavat.com xəbər verir ki, bu barədə MBN telekanalı məlumat yayıb.
Telekanalın verdiyi məlumata görə, təyyarənin hər iki qanadaltı mühərrikində tapılan lələklər həm qırıntılar, bütöv halda olub. Mütəxəssislər bu tapıntılara əsaslanaraq, qəzanın səbəbi kimi quşların təyyarəyə çırpılması ehtimalını təsdiqləyiblər.
Hadisəni araşdıran komitə, qəzanın dəqiq səbəbini müəyyənləşdirmək üçün bioloji institutdan lələk və qan ləkələri də daxil olmaqla 17 nümunənin analizini tələb edib.
Qeyd edək ki, daha əvvəl verilən məlumata əsasən, təyyarənin hər iki qara qutusu qəzadan dörd dəqiqə əvvəl qeydi dayandırıb. Baş verən qəza nəticəsində 179 nəfər həlak olub.
Musavat.com