Türkiyə Silahlı Qüvvələri Suriyada Tişrin bəndi ətrafında terrorçu ünsürlərə qarşı hava əməliyyatları həyata keçirib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Əməliyyatlar çərçivəsində terror təşkilatı PKK/YPG-yə məxsus avtomobillər Türkiyə PUA-ları tərəfindən dəqiqliklə vurulub.
PKK/PYD/YPG lideri Salih Müslüm sözügedən əməliyyatlarda çox ağır itkilər verdiklərini bildirib.